BolgeXeber.Com » Gündəm » Ziya Məmmədov yola salınır?

Ziya Məmmədov yola salınır?

9-05-2014, 13:45
Oxunub: 3 955 Son günlərin əsas hədəflərindən biri kimi diqqətə gələn nəqliyyat naziri Ziya Məmmədov vəzifəsindən azad edilə bilər. Bu ilginc məlumatı hökumət içindəki etibarlı mənbə verib.

Xəbəri ötürən qaynağın iddialarına görə, Ziya Məmmədovun görəvindən alınması ilə bağlı tədbirlərin ictimai rəylə bağlı hissəsini bitmiş hesab edən rəqib cinah həlledici zərbəsini vurmağa çox yaxındır.

Mənbə dia.az-a açıqlamasında bildirir ki, Zyia Məmmədovun yaxınları ilə bağlı səslənən iddialar artıq «hakimiyyətin üst düzəyinin» də diqqətini yetərincə cəlb edib və bu olayla bağlı NN şefindən hesabat istənilib.

Xəbər qaynağının söylədikləri: «Ziya Məmmədov situasiyadan çıxa bilməyib. Verdiyi izahatlar, gətirdiyi arqumentlər yetərli olmayıb. Artıq o da qələmi qırılmış hesab oluna bilər və onunla bağlı sərəncam yaxın günlərdə rəsmən elan ediləcək».