BolgeXeber.Com » Gündəm » Qaçaq general Bağır Fətullayev ölkəyə qayıdıb

Qaçaq general Bağır Fətullayev ölkəyə qayıdıb

9-05-2014, 13:55
Oxunub: 6 213 Hərbi ekspert Üzeyir Cəfərov tərəfindən Rusiyaya qaçdığı iddia olunan general Bağır Fətullayev ölkəyə qayıdıb.

Bundan sonra Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli generalla görüşərək bu məsələlər ətrafında söhbət ediblər. V.Hacıbəyli görüş haqda hafta.az-a məlumat verib. V.Hacıbəyli bildirib ki, söhbət zamanı Bağır Fətullayev özünün hərbiçilər nəslindən olmasından, taqım komandirindən motoatıcı diviziyanın komandirinə, Baş Qərargah zabitinə qədər keçdiyi yoldan, Bakıda Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbini, Frunze adına Hərbi akademiyanı, daha sonra Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah akademiyasını əla qiymətlərlə bitirməsindən ətraflı danışıb:

"Məlum oldu ki, Bağır bəy Frunze adına Hərbi akademiyaya qəbul olmamışdan əvvəl 1984-1988-ci illərdə öz Vətənində - Naxçıvan Muxtar Respublikasında tabor komandiri vəzifəsində xidmət edib.

Müharibə dövründə Bağır bəy Azərbaycana gəlmiş, o zaman Ağdərədə briqada komandiri olmuş keçmiş kursant yoldaşı, indiki Baş Qərargah rəisi N.Sadıqovla görüşüb. Sonradan Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevə məktubla müraciət edərək Vətənə xidmət etməyə hazır olduğunu bildirib. Müdafiə Nazirliyindən onun məktubuna cavab olaraq, “məktubunuza baxılacaqdır, gözləyin, biz Sizə cavab verəcəyik” deyilib.

Buradan görünür ki, onun barəsində yayılan bir çox məlumatlar qərəzli və əsassız imiş".

V.Hacıbəylinin sözlərinə görə, general bir müddət öncə Rusiyaya getdiyini və müqavilə müddəti birdiyi üşün mayın 9-da nazirlikdəki işindən uzaqlaşdırıldığını açıqlayıb: "2011-ci ildə Azərbaycanda məzuniyyətdə olduğu dövrdə sabiq Müdafiə naziri Səfər Əbiyev Bağır bəyi dəvət edərək öz Vətəninə qayıtmağını təklif edib. O, bir il boyu böyük çətinliklə təxris olunaraq (belə yüksək səviyyəli zabitlər Rusiya SQ-dən təxris olunmur, onların xidmətetmə yaşı 60-a qədərdir) 23 yanvar 2012-ci il tarixdə öz Vətəninə qayıdıb.

Bu zaman ona müqavilə əsasında vəzifə təklif olunub (600 manatlıq maaşla, halbuki Rusiyada axırıncı vəzifəsində 4800 dollar maaş alırdı). İşə başladığı günün sabahısı qəzetlərdə onun barəsində hərbi "ekspert"Üzeyir Cəfərov tərəfindən yayılan “donos” xarakterli məlumatlardan təəccüblənsə də buna böyük əhəmiyyət verməyib.

Nəcməddin Sadıqovla mübahisə edərək Rusiyaya qaçması barədə həmin hərbi “ekspert” tərəfindən indi yayılan böhtan və şayiələrə əsas gətirərək bildirib ki, Hərbi Akademiyanın işləri ilə əlaqədar Nəcməddin Sadıqovla ötən il görüşsə də, bu il onunla heç bir görüşü olmayıb.

Bağır bəy ailə vəziyyəti ilə əlaqədar olaraq, 2014-cü ilin hesabına rəsmi qaydada məzuniyyətə Sankt-Peterburq şəhərinə gedib, may ayının 5-də isə məzuniyyətindən bir gün tez xidməti yerinə qayıdıb.

Xidməti yerinə qayıtdıqdan sonra hərbi “ekspert” Üzeyir Cəfərovun iftiralarına, həmçinin Müdafiə Nazirliyinin ona verdiyi cavablarına görə məyusluq hissi keçirib. Mayın 9-da Bağır Fətullayevin Hərbi akademiya ilə bağladığı müqavilənin vaxtı bitib".