BolgeXeber.Com » Gündəm » Gəlinin boyu 2,03 metr ,bəyin boyu isə 1.62 metr -FOTOLAR

Gəlinin boyu 2,03 metr ,bəyin boyu isə 1.62 metr -FOTOLAR

9-05-2014, 16:45
Oxunub: 2 912 "Həyatımın ən bəxtəvər gününə çox qalmayıb. Qəlbim sevgi ilə doludur və o günü səbirsizliklə gözləyirəm".

Elisani da Kruz Silva nişanlısı ilə birlikdə nikah və toy hazırlıqlarındadır.

18 yaşlı Elisani dünyanın ən ucaboylu qızıdır. Hipofiz vəzindəki anomaliya ucbatından boyu 2,03 metr olan Elisaninin nihanlısı Fransinaldo Karvalyunun boyu 1,62 metrdir.

Nişanlılar arasındakı bu böyük boy fərqinə rəğmən, onlar bir-birlərini həddən artıq sevdiklərini və toy gününü səbirsizliklə gözlədiklərini söyləyirlər.
3 il əvvəl tanış olmuş Elisani ilə Fransinaldo artıq bir ildir ki, birlikdə yaşayırlar.

"Gəncəm, amma orqanizmimdəki fəsada görə mümkün qədər tez ana olmaq istəyirəm. Tanrıya yalvarıram və ümid edirəm ki, ailə həyatım yaxşı olacaq", - Braziliyanın Saldianpolis şəhərində yaşayan Elisani deyib.

Onun sözlərinə görə, Fransinaldodan nikah və toy təklifini bu ilin martın 29-da alıb.

"Elisaninin hipofiz vəzində şiş var. Üstəlik, onun boyu hamının diqqətini cəlb edir. Olsun. Bu məsələlər mənə Elisani ilə evlənməyimə əsla mane ola bilməz. Elisaninin məni bəxtəvər edəcək insan olduğuna şübhə etmirəm", - Fransinaldo bildirib