BolgeXeber.Com » Gündəm » Bu qız metroda dava saldı (VİDEO)

Bu qız metroda dava saldı (VİDEO)

10-05-2014, 08:55
Oxunub: 2 631 Kanadada metroda gözlənilməz hadisə baş verib

Kanadanın Edmonton şəhəri metrosunda qatarlardan birində əyləşən qız gözlənilmədən yanındakı kişiyə hücum edib.

Əsəb gərginliyi keçirən qız qəflətən yanındakı kişinin boğazına yapışıb. Kişi gözlənilməz hərəkətdən özünü itirsə də, lakin sonra onu itələyərək uzaqlaşdırmağa müvəffəq olub.

Onların qarşısında əyləşən digər sərnişin isə həmin anları mobil telefonuna videogörüntü olaraq qeyd edərək sosial şəbəkədə paylaşıb.

Hücuma məruz qalan kişi isə öz növbəsində qızı vurub və qatarın ortasına yıxıb. İşin ciddiliyini başa düşən polislər araya girməli olublar. Qızın bir anda niyə belə etdiyi isə məlum olmayıb.

Həmin görüntüləri təqdim edirik: