BolgeXeber.Com » Gündəm » "Yaxşı olar ki,H. Abutalıbov öz işi ilə məşğul olsun”-İsa Qəmbər

"Yaxşı olar ki,H. Abutalıbov öz işi ilə məşğul olsun”-İsa Qəmbər

10-05-2014, 14:10
Oxunub: 3 194 Müsavat Partiyasının başqanı İsa Qəmbər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Müsavatın qurultayına yer ayrılması ilə bağlı açıqlamasına münasibət bildirib.

İsa Qəmbər bu bəyanata münasibət bildirərkən musavat.com-a deyib ki, Hacıbala Abutalıbov hər il mayın 10-da ifrat həyəcanlı olur: “Bunun səbəblərindən biri budur ki, o, həmin günlərdə hakim ailəyə xidmətinin pik nöqtəsində olur. Həm də görünür “gül əməliyyatı”nın faydalarından fərəhlənir. Amma Hacıbala Abutalıbov unutmasın ki, “şeytan-mələk” məsələlərinə o baxmır. Hakimiyyət bölgüsündə bu iş yəqin ki, şeyxülislama həvalə olunub. Yaxşı olar ki, Abutalıbov öz işi ilə məşğul olsun”.

İsa Qəmbər bildirib ki, Hacıbala Abutalıbov yalnız açıqlamasının sonunda öz səlahiyyətinə uyğun danışıb və deyib ki, 1 həftə ərzində Müsavat partiyasına 650-700 nəfərlik yer ayrılacaq: “O, nəhayət bu addımı atmalıdır. Daha yaxşı olar ki, 800 nəfərlik yer təklif etsin”.

Müsavat başqanı xatırladıb ki, mayın 12-də partiyanın Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddiaya məhkəmədə baxılacaq.