BolgeXeber.Com » Gündəm » Fransadan Bakıya yeni avtobuslar gələcək

Fransadan Bakıya yeni avtobuslar gələcək

10-05-2014, 19:55
Oxunub: 5 455 “Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Bakıya Fransadan dünyanın ən müasir, gözəl avtobusları gətiriləcək.

Gələn ilin mayına qədər bu avtobusların şəhərin mərkəzi küçələrində xəttə buraxılması nəzərdə tutulur”.

Bunu apa-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov deyib.

H. Abutalıbov bildirib ki, Fransa prezidentinin mayın 11-12-də Azərbaycana baş tutacaq səfəri çərçivəsində bununla bağlı müqavilə imzalanacaq.

Bakı meri qeyd edib ki, Bakının bütün ərazisində həmin avtobuslardan istifadə olunması nəzərdə tutulur: “Çünki çox rahatdır. Hətta əlillərin istifadəsi üçün də şərait var. Gediş haqqı tam avtomat şəraitində ödəniləcək, pul birbaşa banka köçürüləcək”.