BolgeXeber.Com » Gündəm » Tərtərdə erməni hücumu: 4 hərbçimiz şəhid oldu

Tərtərdə erməni hücumu: 4 hərbçimiz şəhid oldu

11-05-2014, 10:00
Oxunub: 3 628 Ermənistan silahlı qüvvələrinin işğal altında olan Qarabağ torpaqlarında təxribatlar törətməkdə davam edirlər.

Dünən gecə ermənilər növbəti dəfə Azərbaycan Ordusunun Tərtər istiqamətində atəşkəsi pozublar.

Xəbərdə deyilir ki, düşmən cəbhə xəttini keçərək, Azərbaycan Ordusunun nəzarətində olan postlarımızı ələ keçirməyə cəhd edib. Düşmənin qarşısı alınsa da, əks hücum itkisiz olmayıb. Baş verən atışmada 4 hərbçimizin şəhid edildiyi bildirilir. Məlumatı dəqiqləşdirməyə çalışırıq./Jam.az/

Əldə etdiyimiz məlumata görə, şəhid olan hərbçilərimizin kimliyi məlum olub:

Fərid Əliyev- 19 yaş
Cahangiz Muradov 19 yaş (manqa komandiri)
Ramazan Abdullayev 23 yaş (leytenant)
Qurban Həsənov 24 yaş (leytenant).