BolgeXeber.Com » Gündəm » “Sevil” MTK -nın fəaliyyəti dayandırıldı

“Sevil” MTK -nın fəaliyyəti dayandırıldı

25-07-2014, 09:50
Oxunub: 3 469 Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi “Sevil” MTK-da qəfil yoxlamalara başlayıb.
Bolgexeber.com-un anspress-ə istinadən məlumatına görə, bir qədər əvvələ davamlı şəkildə reklamı yayılan şirkətin “Sevil Massivi Yaşayış Kompleksi”ndə tikinti işləri dayandırılıb. Şirkətin ofisinin qapısına vergi yoxlamaları aparıldığı üçün MTK-nIn fəaliyyətinin bir müddətlik dayandırılması barədə elan vurulub. Massivdən torpaq sahəsi və mənzil alan müştərilər isə şirkətin fəaliyyətinin dayandırıldığından xəbərsizdir.

Özünü şirkətin işçisi kimi təqdim edən şəxs, MTK-da yoxlamaların getdiyini təsdiqlədi.

Yaşayış massivinin girişində isə post qoyulub və içəri heç kim buraxılmır. Diqqətçəkən məqamlardan biri də massivə gedən yolun sağ və sol tərəfində üzərində “Sevil” MMC və ”Sevil massivi yaşayış kompleksi” evlər təklif edir, məzmunlu reklam lövhələrinin də yığışdırılması idi. Yalnız massivə dönən yolun üstündən keçən körpünün alt hissəsində şirkətin reklam lövhəsi qalır.

Mətbuatda yayılan məlumatlarda MTK rəhbəri Aynur Zeynalovun ölkədən qaçdığı, iş icraçılarının və satış menecerlərinin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparıldığı da vurğulanırdı. “Sevil” MTK-ya Hökməli bələdiyyəsinin balansında olan torpaq sahələrinin ayrılmasında adı hallanan Hökməli bələdiyyəsinin sədri Mirnemət Miradiyevin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılaraq sorğu-sual olunduğu, hətta vəzifəsindən azad edildiyi barədə məlumatlar yayılıb. Hökməli bələdiyyəsinin sədr müavini məsələdən xəbərsiz olduğunu, Mİrnemət Miradiyevin səhhəti ilə bağlı məzuniyyətə çıxdığını dedi.

Hökməli bələdiyyəsinin sədr müavini Xanbala Muradov söylədi ki, Mirnemət müəllim səhhəti ilə bağlı burda yoxdur.

İki il əvvəl Bakının ”20 Yanvar metro stansiyasından 14 km məsafədə hər bir infrastrukturu olan torpaq sahələrinin satışına başlanılıb. Ümumi ərazisi 59 ha olan “Sevil massivi”nin nümunəvi qəsəbə olması nəzərdə tutulurdu.