BolgeXeber.Com » Gündəm » Toylarda israfçılığa lüzum varmı ?-VİDEO

Toylarda israfçılığa lüzum varmı ?-VİDEO

25-09-2014, 12:10
Oxunub: 3 019 Toylardakı israfçılıq dəfələrlə müzakirə mövzusuna çevrili

Bolgexeber.TV hər dəfə toy sahibləri buna görə restoranı, restoranlar isə toy sahiblərini günahlandırır.Səbəbkarın hansı tərəf olmasına baxmayaraq, toy stollarının üzərində barmaq qoymağa yer tapılmaması qaçılmazdır. Soyuq qəlyanaltıların verilməsi Avropa ənənəsinə söykənir. Azərbaycan toylarında bucür ənənə heç vaxt olmayıb. Adətən, birinci növbədə məclisin şahı aş, daha sonar müxtəlif kabablar gətirilib. Süfrənin təmtəraqlı olması məclis sahibinin gücündən, maddi imkanından asılı idi.Bununla yanaşı qohum-qonşu da toy evinə dəstə kolurdu. Soyuq qəlyanaltılarınverilməsi ancaq restoran sahibinin marağınauyğundur, bununla, sadəcə, əlavə xərclərini çıxarır.Çox vaxt qonaqlar həmin qidaların heç dadına da baxmır.Onların hansı keyfiyyətdə olması isə naməlumdur.
Maraqlıdır, görəsən sözügedən məsələyə şəhər sakinlərinin münasibəti necədir?
Hər halda Afrikada insanlar aclıqdan,susuzluqdan həyatlarını itirdiyi halda bizim toylarda edilən bu qədər israfçılıq heç də düzgün hal deyil...Toy sahibləri özlərini başqalarına göstərmək əvəzinə sadəliklə fərqlənsələr hər şey daha yaxşı olar...!
Sahnaz Mehdizadə
Gulnarə Eynulla qızı
Ayət Şükürlü
Bolgexeber.TV