BolgeXeber.Com » Gündəm » Dəhşətli görüntülər: İŞİD fransız girovun başını kəsdi - VİDEO + (18+)

Dəhşətli görüntülər: İŞİD fransız girovun başını kəsdi - VİDEO + (18+)

25-09-2014, 17:30
Oxunub: 2 768 Təşkilat Fransanın İŞİD-ə qarşı yaradılmış koalisiyadan çıxmasını tələb etmişdi.

Əlcəzairdə İŞİD-ə bağlı olduqları bildirilən “Xilafətin Əsgərləri” terror təşkilatı, girov götürdüyü fransız turist Herve Gourdelin başını kəsib.

Bolgexeber.com bizimyol-a istinadən xəbər verir ki, internetdə yayımlanan və “Fransa hökumətinə qanlı mesaj" yazısı ilə başlayan videoda üzü maskalı terrorçular əvvəlcə Fransanın İŞİD-ə qarşı başlatdığı əməliyyatı dayandırmaması səbəbindən Gourdelin öldürüləcəyini söyləyir və sonra fransız girov Gourdel olduğu bildirilən bir nəfərin başı kəsilir.

Fransa rəsmiləri videonun həqiqi olub-olmadığının araşdırıldığını açıqlayıb.

Eyni təşkilat bazar ertəsində də bir video yayımlamış, Fransanın İŞİD-ə qarşı yaradılmış koalisiyadan çıxmasını tələb etmişdi.