BolgeXeber.Com » Gündəm » İki rayonun icra hakimiyyəti məhkəm qarşısında

İki rayonun icra hakimiyyəti məhkəm qarşısında

9-12-2011, 15:40
Oxunub: 4 967 FHN Azərbaycanda ilk dəfə icra hakimiyyətləri ilə bağlı məhkəməyə müraciət edib

Bolgexeber.com-un məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib. O bildirib ki, proqramı FHN tərəfindən hökumətə təqdim olunacaq. Dövlət proqramı qəbul olunandan sonra ona uyğun işlər həyata keçiriləcək: “Bakının Xətai, Nəsimi, Yasamal və Binəqədi rayonlarında çoxmərtəbəli panel binaların zirzəmilərində əlavə otaqların açılması, bünövrə kəmərinin dağıdılması bir sıra binalarda təhlükəli vəziyyət yaradıb. Bununla əlaqədar yerli rayon icra hakimiyyətlərinə müraciət etmişik. İki rayonun icra qurumu bu məsələyə barmaqarası baxıb. Biz də bəlkə Azərbaycanda ilk dəfə həmin icra qurumlarını məhkəmə vermişik”.

E. Əsədov FHN-nin məhkəməyə verdiyi rayon icra hakimiyyətlərinin adlarını açıqlamaq istəməyib.