BolgeXeber.Com » Gündəm » Metro polisləri satıcıları döydü

Metro polisləri satıcıları döydü

10-12-2011, 11:25
Oxunub: 4 653
Dünən axşam Saat 19 radələrində Elmlər Akademiəsı metrostansiyasının qarşısında polislərlə vətəndaşlar arasında mübahisə yaranıb.
Bolgexeber.com azxeber.com-a istinadən xəbər verir ki, polis həmin ərazidə meyvə-tərəvəz satanı şəxslərə qarşı kobudluq edib, HEC bir xəbərdarlıq etmədən onları ərazidən qovmağa çalışıb. Satıcıların etirazını görən polis onları təhqir edib, həbslə qorxudub. Bakı sakinləri isə bu hadisəni maraqla izləyib.

Satıcıların verdikləri məlumata görə, ərazini boşaltmağı polislərə Metropolitenin rəisi Taqi Əhmədov tapşırıb. Onlar bunun səbəbini anlamadıqlarını da dilə gətiriblər.