Ev telefonları ilə danışmaq pullu oldu
11-12-2011, 10:50
Oxunub: 5 569
Ümumi istifadədə olan telefon şəbəkəsinin vaxt hesabı ödəniş sistemində danışıqların yuxarı limitinin hər əlavə dəqiqəsi 0,01 manata başa gələcək.
Bu barədə Bolgexeber.com-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında "Bakı Telefon Rabitəsi" İsrtehsalat Birliyinin (İB) baş direktoru Beytulla Hüseynov deyib.
Hüseynovun sözlərinə görə, İB-nin baxılmaq üçün Tarif Şurasına təqdim etdiyi vaxt hesabı ödəniş sistemi iki variantı nəzərdə tutur.
Birinci paket iki manat həcmindəki mövcud aylıq abunə ödənişinin saxlanmasını nəzərdə tutur ki, bura 450 dəqiqə limiti daxil ediləcək. Danışıqların əlavə dəqiqələrinin qiyməti 0,01 manata başa gələcək.
Beş manat dəyərində olan ikinci paket telefon rabitəsindən limitsiz istifadəni nəzərdə tutur. Bununla yanaşı, abunəçilərə əlavə üstünlüklər təqdim ediləcək. Bunlar genişzolaqlı ineternetə avtomatik qoşulma, multimedia xidmətləri və s.-dən pulsuz istifadədir.
"Bizim hesablamalarımıza görə, hazırda abunəçilərin 80 faizindən çoxunun danışıqları ayda 450 dəqiqəni ötmür. Hazırda vaxt hesabı ödəniş sistemi CDMA simsiz şəbəkəsində tətbiq edilir. Stasionar rabitədə vaxt hesabı ödəniş sisteminin tətbiqi rabitədə tariflərin artırılması məqsədini daşımır. Orada abunəçilər üçün bir sıra üstünlüklər və güzəştlər nəzərdə tutulub. Məsələn, ikinci paketdə beynəlxalq zənglərə olan borclara görə abunəçinin telefon xətti bağlanmayacaq" , - Hüseynov bildirib.
Bu və ya digər paketin seçimi abunəçidən asılı olacaq.
İB-dən verilən məlumata əsasən, vaxt hesabı ilə ödəniş sisteminin tətbiqi gələn ilin əvvəlində gözlənilir və bu gün operatorun infrastrukturu ümumilikdə bu xidmətlərin tətbiqinə hazırdır. Bununla belə, İB-dən bildiriblər ki, hələlik əsasən billinq sistemi ilə bağlı texniki məsələlər həll edilməyib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə