BolgeXeber.Com » Gündəm » Başçı ilə sahibkarın qalmaqalı bitdi - “Razin talkuçkası”

Başçı ilə sahibkarın qalmaqalı bitdi - “Razin talkuçkası”

16-01-2015, 12:05
Oxunub: 3 621 Bakının Sabunçu rayonu icra başçısı ilə “Bakıxanov” yarmarkasının sahibi arasında narazılığa son qoyulub

Verilən xəbərdə icra başçısı Adil Vəliyevlə ticarət mərkəzinin rəhbəri Fərhad Mirzəyev arasında razılaşma olduğu deyilir. Yarmarkanın sökülməsi plandan çıxarılıb və ərazinin abadlaşdırılması, bazarın yan-yörəsinin sahmana salınması prosesi başlayıb.Yarmarkanın qarşısında əvvəlki kimi natəmizlik, açıq havada ət və ət məhsullarının satışı təşkil edilmir. Tıxaclara səbəb olduğu bildirilən ticarət mərkəzinin qarşısı qismən açılıb.

Bununla belə, “Razin talkuçkası” adlanan bazarın gələcəkdə köçürüləcəyi istisna deyil. Hələlik bu plan nəzərdə tutulmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Sabunçunun icra başçısı yarmarkanı sökdürməyə qalxsa da, ticarətçilərin etirazından sonra iş dayanmışdı. İcra hakimiyyəti bazarın ətrafında natəmizlik hökm sürdüyünü, yarmarkanın yolu darısqal etdiyini, tıxaclar yaratdığını bildirərək, abadlıq işlərinin davamı kimi bazarı köçürmək niyyətini ortaya qoymuşdu. Amma ticarətçilər bazarın abadlaşdırılmasını boyunlarına götürəndən və natəmizliyi aradan qaldıracaqlarına söz verəndən sonra proses dayandırılıb.
axar.az