BolgeXeber.Com » Gündəm » Bakıda abituriyent faciəvi şəkildə öldü

Bakıda abituriyent faciəvi şəkildə öldü

13-12-2011, 10:15
Oxunub: 5 585 16 yaşlı gənc hamamda dəm qazından boğulub

Bakının Nizami rayonunda 16 yaşlı oğlan dəm qazından boğulub. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə İsmayıl Məmmədov küçəsi, ev 14-də qeydə alınıb. Qazdan boğulan 16 yaşlı Kamran Əliyev olub.
Dünən gecə yuyunmaq üçün hamama girən K.Əliyevin valideynləri meyitini çıxarıblar. Mərhum bu il ali məktəbə qəbul olmaq niyyətində idi.

Faktla bağlı araşdırma aparlır.