BolgeXeber.Com » Gündəm » Ata xəyanətə görə qızını öldürdü

Ata xəyanətə görə qızını öldürdü

14-12-2011, 10:00
Oxunub: 5 356 Moskvada yaşayan həmyerlimiz namusunu qızını boğmaqla təmizləmək istəyib

Rusiyanın paytaxtı Moskvada azərbaycanlıların törətdikləri cinayətin üstü açılıb. Bolgexeber.com-un verdiyi məlumata görə, Əli Abbasov adlı vətəndaş ailəsinin pozulmuş namusunu bərpa etmək məqsədilə qızı Hicranı öldürüb.

Ahıl ailə başçısı qızının ərinə xəyanəti səbəbindən cinayətə əl atıb. Şübhəli şəxs ifadəsində bildirib ki, belə ağır suçu birdən-birə törətməyib. Əvvəlcə o, Hicrana ailəsinə dönməyi təklif edib. Lakin qızı razılaşmayıb.

Cinayəti açmağa heç cür diqqəti cəlb etməyən müşahidə kamerası kömək edib. Həmin kamera Hicranın sevgilisinin yaşadığı evin girişində quraşdırılıbmış. Videodan aydın görünür ki, ciddi geyimli qadın evə girməmişdən öncə əsəbiləşir. O, mənzildə 15 dəqiqə keçirib. Lakin sağ çıxa bilməyib. Kamera binadan kürəkənləri Vüqar və İbrahimlə birgə çıxan Əli Abbasovu da qeydə alıb. Kürəkənlər böyük təsərrüfat çantası daşıyırlarmış. Təhqiqatçıların fikrincə, çantada Abbasovun boğduğu qadının meyiti olub. Hər halda ilkin ifadələrdən belə qənaətə gəlmək olar.