BolgeXeber.Com » Gündəm » İcra başçısının sabiq müavini özünü güllələdi

İcra başçısının sabiq müavini özünü güllələdi

14-12-2011, 10:15
Oxunub: 5 784 Böyükkişi Pənahov evində özünü ov tüfəngi ilə vurub

Ağsu rayonunda intihar hadisəsi baş verib. Bolgexeber.com saytının əməkdaşının rayondan verdiyi məlumata görə, Ağsu rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Böyükkişi Pənahov yaşadığı evində özünü ov tüfəngi ilə vuraraq, öldürüb.

Əməkdaşımızın bildirdiyinə görə, hadisənin dünən 15-16 radələrində baş verdiyi deyilir. Hadisə yerini araşdıran yerli prokurorluq və polis orqanları hələlik heç bir versiya irəli sürmürlər və araşdırma apardıqlarını bildirirlər.

Bolgexeber.com bildirir ki, B.Pənahov 6-7 ay bundan öncə Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini postundan çıxarılıb. Ona qədər uzunmüddət imiş eyni adlı vəzifədə çalışırmış.