BolgeXeber.Com » Gündəm » Zakir Qaralovdan rayon prokurorları təyinatı

Zakir Qaralovdan rayon prokurorları təyinatı

15-12-2011, 22:05
Oxunub: 5 818 İki rayona prokuror təyin olunub

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Bolgexeber.com bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Mirələkbər Seyidov tutduğu vəzifədən azad olunaraq Ağdaş rayon prokuroru, Qaradağ rayon prokurorunun müavini Fikrət Əsgərov isə Masallı rayon prokuroru vəzifələrinə təyin olunublar.