MTN-də "iş düzəldənlər" tutulub
20-12-2011, 17:45
Oxunub: 4 111
Milli Təhlükəsizlik Nazirliyinə işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxslər saxlanılıb.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycan vətəndaşı, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ağacanov Elçin Tapdıq oğlu özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşının (şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) etibarından sui-istifadə edərək ona 50 min manat pul müqabilində Milli Təhlükəsizlik Nazirliyinə işə düzəldəcəyi barədə yalan vəd verib.
Elçin Ağacanov bu məqsədlə Bakı şəhəri Bayıl qəsəbəsinin ərazisində yerləşən restoranların birində həmin vətəndaşın 50 min manat pulunu ələ keçirməyə cəhd edərkən cinayət başında yaxalanıb.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində Cinayət Məcəlləsinin 29, 178.3.2-ci (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Ağacanov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan, 1963-cü il təvəllüdlü Cavadov İlqar Məcnun oğlu ifşa edilib.
Belə ki, Azərbaycan Respublikasının vətəndaşı (şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciətində göstərib ki, İlqar Cavadov onu Milli Təhlükəsizlik Nazirliyinə işə düzəldəcəyi barədə yalan vəd verib, bunun üçün 80 min manat pul istəyib və aralarında olan sövdələşməyə görə ilkin ödəniş kimi 5 min manat verilməsi barədə razılaşıblar.
Bakı şəhərinin Sabunçu rayonu ərazisindəki kafelərin birində ilkin ödəniş kimi 5 min manat pulu ərizəçidən alarkən hal şahidlərinin iştirakı ilə keçirilmiş əməliyyat tədbiri nəticəsində İlqar Cavadov cinayət başında yaxalanıb.
Faktla bağlı Korrupsiyaya qarşı mübarizə İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
Cavadov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər