BolgeXeber.Com » Gündəm » «Çudo Peçka»da bomba həyəcanı yaşandı

«Çudo Peçka»da bomba həyəcanı yaşandı

18-04-2012, 00:00
Oxunub: 4 461 Şirniyat mağazaları şəbəkəsinə bomba qoyulduğu barədə məlumat var

Az öncə aldığımız məlumata görə, 3-cü mikrorayonda yerləşən «Çudo Peçka» şirniyyat mağazaları şəbəkəsinin dükanında bomba həyəcanı yaşanır. Bolgexeber.com-a verilən məlumata görə, hal hazırda hadisə yerinə DİN və FHN-in xilasedici, yanğınsöndürən qüvvələri cəlb olunub.

İlkin məlumata görə, «Çudo Peçka»ya bomba qoyulması ilə bağlı polisə telefonla məlumat verilib. Hazırda mağazanın ətrafındakı yaşayış binalarındakı əhali evekuasiya olunur, ərazidəki insanlar oradan uzaqlaşdırılır və minaaxtaranlar binanın içində bomba axtırışını davam etdirirlər.