BolgeXeber.Com » Gündəm » Nişanlısı qoşulub qaçan oğlan özünü öldürdü

Nişanlısı qoşulub qaçan oğlan özünü öldürdü

19-04-2012, 00:15
Oxunub: 4 487 Hadisə Bakının Binəqədi rayonunda baş verib

Yola saldığımız gecə Binəqədi rayonunda baş vermiş bir ölüm faktı rayon polisini ayağa qaldırıb. Qeyd edək ki, 27 yaşlı bir gəncin bıçaq xəsarəti nəticəsində ölümünə səbəb olan qanlı hadisə metronun “Dərnəgül” stansiyasının yaxınlığında, sahibsiz boş sahədə qeydə alınıb. Həmin ərazidə paytaxt sakini, 27 yaşlı Qurbanov Emin Azad oğlu sağ bud nahiyəsindən aldığı bıçaq xəsarəti ilə 1 saylı xəstəxanaya çatdırılıb. Bununla belə, güclü qan itirən yaralı yolda dünyasını dəyişib.

Məlum olub ki, bıçaq zərbəsi zamanı Qurbanovun ayaqdan keçən arteriya damarları kəsilib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları məlumatı əldə edən kimi yaradılmış əməliyyat-istintaq qrupunun iştirakı ilə hadisə yerinə baxış keçirib. Hadisənin törədildiyi bıçaq da elə həmin yerdən aşkar olunub.

Bıçaq xəsarətini alan zaman Emin Qurbanovun yanında olan dostunun polisə verdiyi ilkin məlumata görə, Emin özü-özünə bıçaqla xəsarət yetirib. Məlumata görə, Emin Qurbanov nişanlı olduğu qızın başqasına qoşulub qaçmasından sonra bıçaqla özünün bud nahiyəsinə zərbə vurub.

Bunu istintaqa ifadəsi zamanı Qurbanovun tanışları bildirsə də, polis digər versiyaların üzərində də işləyir. Emin Qurbanovun əslində özü-özünə bıçaqla xəsarət yetirdiyi, yoxsa bir başqası tərəfindən qətlə yetirildiyi aparılan əməliyyat istintaq araşdırmaları zamanı müəyyən ediləcək. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.