BolgeXeber.Com » Gündəm » Bakıda yol polisinin maşınını xurd-xəşil oldu

Bakıda yol polisinin maşınını xurd-xəşil oldu

19-04-2012, 11:30
Oxunub: 4 704 Daha iki maşına ciddi ziyan dəyib

Bolgexeber.com-a daxil olan məlumatına görə, bu gecə Bakıda zəncirvarı yol qəzası baş verib. Yasamal rayon Polis İdarəsindən bildirilib ki, şəxsiyyəti hələlik bəlli olmayan sürücünün idarə etdiyi "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxıb. Avtomobil yol kənarında dayanmış "Toyota", "Mercedes" və yol polisinə məxsus 10 YP 315 nömrə nişanlı "BMW"-yə çırpılıb. 4 avtomobilə ciddi ziyan dəyib.

Xəsarət alan olmayıb. Sürücü qəzadan dərhal sonra avtomobilin nömrə nişanlarını çıxararaq hadisə yerindən qaçıb. İlkin məlumata görə, maşını avtoxuliqanlıq edən şəxs yüksək sürətlə idarə edib.