BolgeXeber.Com » Gündəm » Bakıda yol polisi qadın sürücünü döydü-VİDEO

Bakıda yol polisi qadın sürücünü döydü-VİDEO

29-02-2016, 14:49
Oxunub: 4 121 Bakıda yol polisi qadın sürücünü döydü-VİDEOBir neçə gün öncə Bakıda yol polisi inspektoru ilə sürücü arasında gərgin anlar yaşanıb

Hadisəni əks etdirən görüntüləri hadisə şahidlərindən biri qeydə alıb. Polisin əmrinə tabe olmayan 99 FH 475 nömrə nişanlı avtomobilin sürücüsü - qadın onu inadla avtomobilindən kənarlaşdırmağa cəhd edib. Videodan 99 YP 497 nömrə nişanlı YPX ekipajının əməkdaşı olduğu bilinən Əlövsət adlı polis sürücü qadına qarşı kobudluq edərək onu yerə yıxır. Daha sonra öz avtomobilinə pəncərədən minən qadının ardınca polis də pəncərədən maşına daxil olur. Baxmayaraq ki, onların daxil olduğu qabaq oturacaqda sərnişin də əyləşib.

Qəribəsi budur ki, çox acınacaqlı olan bu mənzərədə təqsirkar təkcə sürücü və ya ona qarşı kobudluq edən polis əməkdaşı deyil, hamıdır. Çünki inspektorun ekipaj yoldaşlarının, qadın sürücünün avtomobilində əyləşmiş kişinin və yolda gülərək olayı seyr edənlərin müdaxilə etməməsi, onları sakitləşdirməməsi orada təəssüf doğuran mənzərə yaradır.
Qeyd edək ki, şahidlər hadisənin Xətai rayonu, Süleyman Vəzirov küçəsində baş verdiyini bildiriblər.
BTV olaraq hər iki tərəfi dinləməyə hazırıq.
Bolgexeber.com