BolgeXeber.Com » Gündəm » Ağabəy Ağayev:"Bizi youtuba yox,Prezident Aparatına şikayət et"- VİDEO

Ağabəy Ağayev:"Bizi youtuba yox,Prezident Aparatına şikayət et"- VİDEO

29-02-2016, 15:01
Oxunub: 9 431 Ağabəy Ağayev:"Bizi youtuba yox,Prezident Aparatına şikayət et"- VİDEOAğabəy Ağayev öz oğlu ilə birgə vətəndaşa hədə-qorxu gəlmişdilər

Hələ bir müddət əvvəl Masallı rayon, Ərkivan qəsəbə sakini Mürvət Məmmədov BTV-yə açıqlama verərək, sahibi olduğu torpaqdan istifadə edə bilməməsindən şikayətlənmişdi. O qeyd edirdi ki, belə vəziyyətin yaranmasının səbəbkarı isə Su Təsərrüfatı və Meloriasiya ASC-nin Viləşçay Su Anbarı İdarəsinin müdiri Ağabəy Ağayevdir.

BTV-yə istinadən xəbər verir ki, kanalın əməkdaşları ərazidə çəkiliş apardıqdan osnra Ağayevin adamları oraya gələrək, torpağa hasar kimi basdırılmış ağacları çıxararaq, su kanalına atıblar.

Xatırladaq ki, Ağabəy Ağayev və oğlu İlham Ağayev bir müddət əvvəl Mürvət Məmmədovun qanuni torpağını əlindən almaq üçün hədə-qorxu gəliblər. Onlar Ərkivan sakinindən ərazidən çıxmağı tələb edirmişlər. Göytəpə DYP postunda çalışan İ lham Ağayev isə bir qədər də irəli gedərək, vətəndaşın üzərinə silah çəkib.
Bolgexeber.com