BolgeXeber.Com » Gündəm » Ənvər Seyidəliyevin üzərindən xətt çəkildi

Ənvər Seyidəliyevin üzərindən xətt çəkildi

22-05-2012, 22:55
Oxunub: 6 692 Ağsunun icra başçısı işdən çıxarılır, lakin Səlim Müslimov dayısını işsiz qoymayacaq, ona DSMF-də yeni vəzifə veriləcək

Ağsunun icra başçısı Ənvər Seyidəliyev «Eurovizion» yarışmasından sonra vəzifəsindən gedəcək. Bu barədə Bolgexeber.com saytına hakimiyyətdəki etibarlı mənbələrdən məlumat daxil olub. Həmin məlumatda deyilir ki, Seyidəliyevin işdən çıxarılmasının əsas səbəbi onun etimadı doğrultmaması göstərilir.

Belə ki, Ağsunun icra başçısının bir sıra tapşırıqları yerinə yetirə bilməməsi, bəzilərini isə kəsirlə həyata keçirməsi yuxarı dairələrdə narazılıq yaradıb. Hətta bununla bağlı ona bir neçə dəfə xəbərdarlıq edildiyinə dair bilgilər də var. Mənbə bildirir ki, bu məsələdən ciddi narahat olan Ənvər Seyidəliyev həmin ərəfədə mətbuata pul ayıraraq, özünü reklm etdirən yazılarla çıxış edib. Ki, bəlkə yuxarıların onun fəaliyyətindən etdikləri narazılığın yaratdığı qəzəb atəşi bir az səngisin.

Amma problem bir qədər səngisə də, sonradan yenidən baş qaldırıb. Bunun səbəbi kimi isə icra başçısının növbəti səhvə yol verməsi göstərilir. Mənbə bildirir ki, rəsmi dairələr Ağsunun icra başçısının ümumiyyətlə, pensiyaya göndərilməsini təklif etsələr də, işə onun qohumu DSMF sədri Səlim Müslümov qarışıb.

Qeyd olunur ki, Müslümov dayısına qahmar çıxaraq, onu öz yanında işə götürəcəyinin xahişini edib. Bir müddət düşündükdən sonra isə qərar verilib ki, onun bu addımına etiraz etmirlər. Lakin bir şərtlə ki, Ənvər Seyidəliyev DSMF-də böyük vəzifə tuta bilməz.

Bolgexeber.com-a çatan məlumata görə, Ənvər Seyidəliyevin yerinə onun yaxın adamlarından biri gətiriləcək. Həmin məsələnin də xahişini yenə Səlim Müslümov edib.