BolgeXeber.Com » Gündəm » Ağdaş İH başçısının görmədikləri-VİDEO

Ağdaş İH başçısının görmədikləri-VİDEO

25-03-2016, 13:24
Oxunub: 5 097 Ağdaş İH başçısının görmədikləri-VİDEO"Göz oxşayan çirkli su arxlarının düz yanında Ağdaş Gigiyena ve Epidemiologiya Mərkəzinin direktorunun evi var"

Xatırlayırsınızsa əgər Ağdaş rayonunda Heydər Əliyev prospektində olan küçə ticarətindən və antisanitariyadan sizə məlumat vermişdik.Bu dəfə isə əməkdaşlarımız Ağdaşın küçələrində tuğyan edən kanalizasiya sularını lentə alıblar.Belə ki, şəhərin mərkəzi küçələrində kanalizasiya turbaları yoxdur əvəzində isə analoqu olmayana çirkli sular üçün salınmış arxlar var.Bu arxlardan Heydər Əliyev prospektinə də pay düşüb. Məsələnin kuliminasıya yeri isə oradır ki,BTV.AZ-a verilən mələluma görə bu göz oxşayan çirkli su arxlarının düz yanında Ağdaş Gigiyena ve Epidemiologiya Mərkəzinin direktorunun evi var.Belə başa düşmək olar ki,bu şəxs gigiyena sözünü tamamilə yanlış anlayıb yaxud da öz evinin yanında keçərkək gözlərini yumub,nəfəsini tutur .Maraqlı məqam orasındadır ki,dəfələrlə mediada Ağdaşda antisanitariyanın hökm sürməsi ilə bağlı yazılar dərc olunması baxmayaraq dəyişən bir şey olmur,görəsən Ağdaş rayon icra başçısı Tofiq İbrahimov və aidiyyatı qurumlar rayondakı bu cür negativ faktları görmürlərmi?Yəni bütün bu məsələlər onları narahat etmirmi?Yəqin ki icra başçısının başı daha önəmli işlərə qarışıb ki,rayondakı bu çatışmazlıqları görmür ya da görmək istəmir.
Hər halda belə görünür ki,regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, bölgələrdə quruculuq-abadlıq işlərinin görülməsi məqsədilə dövlətin büdcəsindən ayrılan pullar göyə sovrulub əks halda bu pulların hesabına kimlərinsə evləri yox,Ağdaş rayonu cənnət diyar olardı.
Bildirək ki,Ağdaş rayonundakı bu hallarla bağlı əlimizdə yetəri qədər kadrlar var və onları paylaşmaqda davam edəcəyik!
Bolgexeber.com