BolgeXeber.Com » Gündəm » Ağdaşın küçələrində zibil tüğyan edir-VİDEO

Ağdaşın küçələrində zibil tüğyan edir-VİDEO

9-04-2016, 17:56
Oxunub: 2 918 Ağdaşın küçələrində zibil tüğyan edir-VİDEOAğdaş rayon İcra başçısı Tofiq İbrahimov özü rayonda qaydalar yaradır

Ağdaş rayonunu tüğyan edən zibil poliqonu ilə bağlı mediada dəfələrlə yazılar dərc olunub,göstərilib lakin belə görünür ki,deyilən bütün bu sözlər sanki aidiyyatı orqanların bir qulağından alınır,o biri qulağından çıxır. Adətən görmüşük ki, məişət tullantıları üçün zibil qutuları olur və zibil də həmin qutulara atılır.Mənzil Kommunal İstismar (MKİS) sahəsinin tabeliyində olan maşınlar vaxtaşırı həmin zibil yeşiklərini boşaldırlar. Lakin bütün bu deyilənlər Ağdaş rayonu üçün keçərli deyil,ümumiyyətlə Ağdaş rayonunda heç bir qayda keçərli deyil.Çünki Ağdaş rayon İcra başçısı Tofiq İbrahimov özü rayonda qaydalar yaradır. BTV olaraq ”Heydər Əliyev” prospektində olan çatışmazlıqlardan sonra “20 yanvar küçəsi”-ni də sizə göstəririk.Belə çıxır ki,Ağdaşda İcra hakimiyyətinin yerləşdiyi küçədən başqa bütün küçələrin halı eynidir.Zibillik,çirkli sular,tullantılar və s...
Bəs görəsən Tofiq İbrahimov rayonda hansı yenilikləri edir?Ümümumiyyətlə bu şəxs hansı işə baxır? Hər halda görünən odur ki,Tofiq İbrahimovun rayonun problemlərindən daha vacib işləri var.
Qeyd edək ki,rayon sakinləri dəfələrlə bu kimi çatışmazlıqlara görə icra hakimiyyətinə və aidiyyatı qurumlara müraciət etsə də vəziyyət eynidir:“Köhnə hamam,köhnə tas”.Mövzuya qayıdacağıq!
Bolgexeber.com