BolgeXeber.Com » Gündəm » Şamaxı İH başçısı ondan KİV-ə şikayət edənlərə hədə-qorxu gəldi

Şamaxı İH başçısı ondan KİV-ə şikayət edənlərə hədə-qorxu gəldi

13-04-2016, 15:09
Oxunub: 3 562 Şamaxı İH başçısı ondan KİV-ə şikayət edənlərə hədə-qorxu gəldiSakinlər bildirir ki, İH başçısı onları üsyan həddinə çatdırıb

Bolgexeber.com com bildirir ki, Şamaxı İcra Hakimiyyəti başçısı Asif Ağayev sakinlərlə səyyar qəbul-görüş keçirib.Elə bilməyin ki,qəbul zamanı o sakinləri narahat edən məsələləri dinləyib, əsla. Sadəcə olaraq o sakinlərə bərk-bərk tapşırıb ki, “heç kim məndən və qohumlarımdan KİV-ə şikayət etməsin” Edən şəxsləri isə təhdid və təhqir edib.Həmçinin torpaq ala bilməyən azyaşlı uşaq anası Zeynəb Afətiyə də xəbərdarlıq edib ki, “bu sənin axırıncı dəfən olsun!” Qeyd edək ki,son vaxtlar Şamaxı rayon sakinləri mətbuat orqanlarına İH başçısı Asif Ağayevdən şikayətlər edərək,onun fəailiyyətindən öz narazılıqlarını bildirməkldədir . Sakinlər həmçinin bildirir ki, İH başçısı onları üsyan həddinə çatdırıb. Mövzü diqqətimizdədir!