BolgeXeber.Com » Gündəm » Səlim Müslümovun sosial yardımdan məhrum etdiyi II qrup əlil özünü doğradı-VİDEO

Səlim Müslümovun sosial yardımdan məhrum etdiyi II qrup əlil özünü doğradı-VİDEO

19-04-2016, 15:56
Oxunub: 3 888 Səlim Müslümovun sosial yardımdan məhrum etdiyi II qrup əlil özünü doğradı-VİDEOElmar hətta “ac yaşamaqdansa ölmək yaxşıdır” deyib,öz damarlarını kəsərək intihara belə cəhd edib

Sabunçu rayonu,Bakıxanov qəsəbə sakini II qrup əlil Elmar Əliyevə sosial yardım verilməkdən imtina edilib.Belə ki, Elmarın həyat yoldaşı sosial yardım almaq üçün Əmək və Əhalinin sosial yardım mərkəzinə müraciət edib.Lakin onlara cavab olaraq bildiriblər ki, “sizə sosial yardım düşmür,çünki ailədə heç kim işləmir”. Elmar Əliyev deyir ki, “əgər ailəmdə işləyən olsa heç sosial yardım almaq da istəmərəm”.
Şikayətçinin sözlərinə görə,o psixoloji xəstəlikdən əziyyət çəkir, ancaq müalicəsi üçün külli miqdarda pul lazımdır.Elmarın isə dərmanlarını almağa belə imkanı yoxdur.Elmar hətta “ac yaşamaqdansa ölmək yaxşıdır” deyib,öz damarlarını kəsərək intihara belə cəhd edib.
Elmar Əliyev üzünü aidiyyatı qurumlara tutaraq ona yardım edilməsini xahiş etdi.
Sosial yardım həqiqətən də yardıma ehtıyacı olan vətəndaşlar üçün nəzərdə tutulubsa demək Əmək və Əhalinin sosial yardım mərkəzi tez bir zamanda ehtiyac içində yaşayan bu ailəni haqqı olan yardımla təmin etməklə sevindirmiş olacaq.Buna ümid edirik!