BolgeXeber.Com » Gündəm » Süleyman Mikayılov Qaradağı özəlləşdirib - təfsilat

Süleyman Mikayılov Qaradağı özəlləşdirib - təfsilat

26-04-2016, 12:13
Oxunub: 5 169 Süleyman Mikayılov Qaradağı özəlləşdirib - təfsilatİcra başçısının icazəsi olmadan rayonda daşı daş üstə qoymaq mümkün deyil, əsas obyektlər isə yalnız ona məxsus olmalıdır

Qaradağın icra başçısı, «Çakır» ləqəbli Süleyman Mikayılov rayonu tamamilə özəlləşdirib. Politika.Az xəbər verir ki, icra başçısı rayondakı bütün gəlirli sahələri və məkanları tamamilə nəzarəti altına keçirib. Belə ki, yolkənarı və ya əlverişli yerləri ələ keçirən Mikayılov, torpaq sahələrinin üzərində özünə onlarla obyekt inşa etdirib.

Məlumatlı mənbələr bildirirlər ki, «Çakır» Qaradağ rayonundakı ən böyük marketin də sahibidir. Onun icazəsi olmadan rayonda kiçik bir dükanın açılması mümkün deyil. Əgər belə bir cəsarətdə olan adam olarsa, qısa müddətdə nəinki dükanını işlətmək imkanı olacaq, əksinə, həmin tikili qısa müddətdə min bir bəhanə gətirilərək, sökdürüləcək.

Politika.Az-a məlumat verən mənbələr vurğulayırlar ki, Süleyman Mikayılovun Qaradağı özəlləşdirməsinin daha bir sübutu da rayonda bir nəfər belə olsa, icazəsiz daşı daş üstə qoya bilməz. Ona görə ki, «Çakır»ın adamları dərhal onun başının üzərini kəsdirərək, ya haqq tələb edirlər, ya da tikinti işlərini dayandırırlar.

Məlumatlarda deyilir ki, Süleyman Mikayılovun hazırda ən böyük arzusu Bakı meri olmiaqdır. Bunun üçün illərdən bəri çalışan, lakin istəyinə çata bilməyən «Çakır», əslində, hakimiyyət dairələrində nüfuzdan düşdüyü üçün təyinat məsələsində bəxti gətirməyənlər sırasına daxil edilib. Ona görə ki, hazırda Qaradağın icra başçısının əleyhinə o qədər faktlar var ki, onun Bakı meri olması imkansız görünür.

Bolgexeber.com