BolgeXeber.Com » Gündəm » Bakı şəhər Dövlət Yol Polis İdarəsində "ölüm otağı"-FOTO

Bakı şəhər Dövlət Yol Polis İdarəsində "ölüm otağı"-FOTO

10-05-2016, 16:51
Oxunub: 19 400 Bakı şəhər Dövlət Yol Polis İdarəsində "ölüm otağı"-FOTOBura cibi dolu girən boş çıxırBura cibi dolu girən boş çıxır

Razi Muradov BTV-yə Bakı şəhər Dövlət Yol Polis İdarəsi ilə bağlı şikayət ünvanlayıb.Belə ki, may ayının 10-da ,Azadlıq prospektində Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları Razinin idarə etdiyi mersedes markalı 10 SP 290 seriya nömrəli avtomobili saxlayaraq,cəriməsi olduğu üçün avtomobili cərimə meydançasına aparıblar.
Dərhal bütün cərimələrini ödəyən sürücü Muradov avtomobilini cərimə meydançasından götürmək üçün Bakı şəhər Dövlət Yol Polis İdarəsinə yollanıb.Lakin idarədən ona deyilib ki, “get 17-ci otağa,orada sənə deyəcəklər avtomobilini götürmək üçün nə etməlisən.”Razini 17-ci otaqda baş leytenant Mehman Həmzəyev qarşılayıb və deyib ki, “biz nə bilək sən cəriməni ödəmisən,bəlkə elə sən orada bizim əməkdaşa əl qaldırmısan yaxud onu ağır sözlərlə təhqir etmisən.Buna görə də sənin avtomobilini iki günə geri qaytaracağıq.” Razi nə qədər and-aman etsə ki,“mən heç kimə əl qaldırmamışam”ona məhəl qoyulmayıb.O hətta ödədiyi məbləğin qəbzini və protokolu Mehman Həmzəyevə təqdim edib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ilə əlaqə saxlamağa çalışsaq da bütün cəhdlərimiz boşa çıxdı.
Sürücülər məhz bu cür özbaşınalıqlara görə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin17-ci otağını “ölüm otağı” adlandırırlar.Çünki bu otaqda sürücüləri sözün əsl mənasında soyurlar.Bura cibi dolu girən boş çıxır .Həmin otaqda sürücülərin həyat məsələsi həll olunur.Bunu biz demirik,yolu o otaqdan düşən sürücülər deyir.
Qeyd edək ki, sürücünün çoxsaylı müraciətlərindən və bizim məsələyə müdaxiləmizdən sonra sürücünün bütün sənədləri və avtomobili onun özünə qaytarılıb.Araşdırmalarımız davam edəcək.
Bolgexeber.com


Bakı şəhər Dövlət Yol Polis İdarəsində "ölüm otağı"-FOTO
Bakı şəhər Dövlət Yol Polis İdarəsində "ölüm otağı"-FOTO
Bakı şəhər Dövlət Yol Polis İdarəsində "ölüm otağı"-FOTO
Bakı şəhər Dövlət Yol Polis İdarəsində "ölüm otağı"-FOTO