BolgeXeber.Com » Gündəm » Şamaxı Poçt Filialının rəisi Tağı Həsənovun qanunsuz əməllərindən nazirə şikayət

Şamaxı Poçt Filialının rəisi Tağı Həsənovun qanunsuz əməllərindən nazirə şikayət

2-06-2016, 18:15
Oxunub: 16 082 Şamaxı Poçt Filialının rəisi Tağı Həsənovun qanunsuz əməllərindən nazirə şikayət"T.Həsənov Məlikçobanlı kənd poçt binasının tikintisinə 60 min manata yaxın pul xərcləmiş,Poçt Filialı Rəisinə nəzərdə tutulmayan xidməti lyuks avtomobilinin alınmasına 20 min manat nağd pul ödəmişdir"

Bolgexeber.com-un elektron poçtuna Şamaxı sakini Mənəfov Müşfiq tərəfindən Rabitə və Yüksək Texnologiyalar Naziri Cənab Ramin Quluzadəyə ünvanlanmış şikayət məktubu daxil olmuşdur.Bolgexeber.com vasitəsilə nazirə ünvanlanan açıq məktubda bildirilir:


"Cənab Nazir,05 may 2016-da Şamaxıda qəbulunuzda olarkən, Şamaxı Poçt Filialının rəisi Tağı Həsənovun məni "kirli əllərini mənə vurma"ifadəsi ilə təhqir etməsi barədə (sübut olaraq Sizə məhkəmədən arayış təqdim etdim),mənim poçta daxil olmağıma qadağa qoyması barədə(sübut olaraq əmək müfəttişliyindən Sizə arayış təqdim etdim) ,poçt rəisi kimi ona etibar olunan sənədin -yəni şəxsiyyət vəsiqəmin surətini 3-cü şəxsə təqdim etməsi barədə (sübut kimi T.Həsənovun öz imzası ilə sənədi təqdim etməsi barədə ərizənin surətini Sizə təqdim etdim).Şikayətimdə onu da çatdırdım ki,T.Həsənov Məlikçobanlı kənd poçt binasının tikintisinə 60 min manata yaxın pul xərcləmiş,Poçt Filialı Rəisinə nəzərdə tutulmayan xidməti lyuks avtomobilinin alınmasına 20 min manat nağd pul ödəmiş,işlədiyi vaxt ərzində məhkəmə çəkişmələrinə 10 min manata yaxın poçtun pul vəsaitini ödəmişdir.Əlbəttə ki,daha nələr,nələr.Siz qəbulda məni səmimiyyətlə dinlədiz,4 vərəqdə olan ərizəmi və əlavə olunan arayışları şəxsən özünüz məndən götürdünüz, şikayətlərimin ciddi şəkildə araşdırılacağına,Şamaxı RPF-yə RYTN-nin Audit briqadasını göndərməyinizə və nəticə barədə mənə əlavə məlumat veriləcəyinə söz verdiniz. Həmin vaxtdan 23 gün keçir.Artıq iyun ayında Xaçmaz şəhərində qəbulunuzun keçirələcəyi müəyyənləşdirilib.Mənə isə ötən müddət ərzində Nazirlikdən 11.05.2016 tarixli məktub,Azərpoçtdan 25.05.2016 tarixli məktublar göndərilmişdir.Hər iki məktubda mənim qeyd etdiyim faktların tam əsassız olduğu bildirilir və sairə.Cənab Nazir,mən ərizədə göstərdiyim faktların hər birini təsdiq edən arayışlar təqdim etmişəm axı Sizə.Axı hər bir arayış dövlət idarələri tərəfindən möhürlə təsdiqlənmişdir.Bəs necə olur ki mənim yazdıqlarım əsassız olur?
Cənab Nazir,Tağı Həsənovun qanunsuz əməlləri Əli Abbasov nazir olduğu vaxtlarda da beləcə ört-basdır olunurdu.Tağı Həsənovu o vaxt Vidadi Zeynalov ,indi isə yəqin ki, Əli Abdullayev himayə edir-bunu mən də yaxşı dərk edirəm,Qəbul zamanı da bu çox yaxşı hiss olunurdu.
Cənab Nazir,o da yaxşı yadımdadır ki qəbulda mənə dediniz ki,nə ehtiyac vardı bu şikayətlərlə 2 dəfə(11 fevralda və 14 apreldə)Prezidentin köməkçisi Əli Həsənovun qəbulunda olmağa,Bizə yazardın,özümüz araşdırardıq.Cənab Nazir,Ümid edirəm ki,bütün bunlar Sizdən xəbərsiz baş verir,Əli Abbasov hakimiyyətini iflasa uğradanlar tərəfindən.
Cənab Nazir,odur ki,Sizdən xahiş edirəm mənii 10 iyunda Xaçmaz şəhərində təkrarən qəbul edəsiniz,İstərdim tək bir sualıma cavab tapam:tabeliyinizdə çalışan Tağı Həsənovun bir dövlət məmuru kimi sadə vətəndaşı təhqir etməsi,onun hüquqlarını pozması,əksər işçilərinin məvacibi 150 manat təşkil edən Poçt müəssisəsinin pulunu necə gəldi xərcləməsi(yumşaq tərzdə desəm) dövlətimizin və Prezidentimizin etik və iqtisadi prinsiplərinə nə dərəcədə uyğundur?"

Mənəfov Müşfiq,Şamaxı r-nu
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com