BolgeXeber.Com » Gündəm » “İlk ziyarət edəcəyim yer qəbiristanlıq olacaq” - Foto

“İlk ziyarət edəcəyim yer qəbiristanlıq olacaq” - Foto

7-07-2012, 23:50
Oxunub: 4 449 “Axır ki, niyyətimiz yerinə yetdi”

Bu gün axşam həmişəlik vətənə qayıdan keçmiş prezident Ayaz Mütəllibov Bakının beynəlxalq aeroportunda onu qarşılayan “Media forum” saytına açıqlama verib.

Ayaz Mütəllibov açıqlamasında ölkəyə qayıtmasını, vətəndə yaşamasına imkan yaradılmasını, hazırda vətəndə olmasını yüksək qiymətləndirib: “Mənim ölkəyə qayıtmağım üçün çalışanlara, bu işdə əməyi olanlara, məni qarşılamaq üçün zəhmət çəkib aeroporta gələnlərə təşəkkür edirəm. Hamısı çox sağ olsun.

Təbii ki, həyəcan var, sevinc var. Bu, təbiidir. Axır ki, niyyətimiz yerinə yetdi. İndi buradan Bilgəhə bağ evimə gedirəm. İlk ziyarət edəcəyim yer qəbiristanlıq olacaq. İyulun 8-də qəbiristanlığı ziyarət edəcəm”.

Xatırladaq ki, Ayaz Mütəllibov 1992-ci ildən ölkəni tərk edərək ötən il avqust ayında prezident İlham Əliyevin razılığı ilə oğlunun dəfn mərasimində iştirak etmək üçün Azərbaycana buraxıldı.