BolgeXeber.Com » Gündəm » Mingəçevir İH qarajda yaşayan sakininin şikayətinə niyə baxmır? VİDEO

Mingəçevir İH qarajda yaşayan sakininin şikayətinə niyə baxmır? VİDEO

22-06-2016, 18:25
Oxunub: 3 436 Mingəçevir İH qarajda yaşayan sakininin şikayətinə niyə baxmır? VİDEOEvindən,eşiyindən olan şikayətçi yarı ac,yarı tox yararsız vəziyyətdə olan qarajda yaşamağa məhkumdur

Həyat yoldaşının və Aybəniz adlı bir xanımın dələduzluğu nəticəsində evsiz-eşiksiz qalan Mingəçevir şəhər sakini Nərgiz İbrahimova BTV-ə müraciət edərək,öz dərdindən danışıb.Nərgizin sözlərinə görə yaşadığı evin satılmasına o, razı olmayıb,lakin yoldaşı ona məcburan imza atdırıb. Dələduzluqla məşğul olan Aybəniz Əliyeva isə Nərgizi inandırıb ki, heç narahat olmasın,ev satılandan sonra bütün problemlər aradan qalxacaq...Hətta Aybəniz ev sahibəsinə sosial yardım alacağını eləcə də yataqxanada otaqla təmin ediləcəyini bildirib.Lakin nəticə heç də gözlənilən olmayıb.Belə ki,ev satılandan sonra bir qəpik belə olsun ev sahibəsinə verilməyib.Nərgiz xanımın yoldaşı Fərman Qurbanov isə onunla ayrılaraq başqa bir qadın ilə ailə qurub.Necə deyərlər olan yazıq bəndəyə olur.
Evindən,eşiyindən olan şikayətçi yarı ac,yarı tox yararsız vəziyyətdə olan qarajda yaşamağa məhkumdur.Əgər buna yaşamaq demək olarsa...
Nərgiz xanımın sözlərinə görə Aybəniz adlı dələduz bu hadisədən sonra Nərgiz xanımın övladlarını Mingəçevirə gəlməyə belə imkan vermir,mütəmadi olaraq onlara hədə-qorxu gəlir.Məhz buna görə də Nərgiz xanım düz 3ildir ki,övladlarının üzünə həsrət qalıb.
Məsələ ilə bağlı Mingəçevir İcra Hakimiyyəti ilə əlaqə saxladıq.İdarənin növbətçisi Vəlixan Hüseynov bizə bildirdi ki, “o xanımın əqli çatışmazlıqları var,o hər dəfə idarəyə gələrək,müxtəlif şeylər tələb edir”
Hər halda günü-gündən gözəlləşən ölkəmizdə hələ də küç ələrdə yaşayan bir vətəndaşın olması heç xoş hal deyil...Ümidvarıq ki,aidiyyatı qurumlar tez bir zamanda bu vəziyyəti yoluna qoyacaqlar.
Bolgexeber.com