BolgeXeber.Com » Gündəm » Əhməd Əhmədzadənin şirkət rəhbəri Ramiz Cəbrayılovun əməllərindən xəbəri varmı? (VİDEO)

Əhməd Əhmədzadənin şirkət rəhbəri Ramiz Cəbrayılovun əməllərindən xəbəri varmı? (VİDEO)

5-08-2016, 23:40
Oxunub: 3 888 Əhməd Əhmədzadənin şirkət rəhbəri Ramiz Cəbrayılovun əməllərindən xəbəri varmı? (VİDEO)Məgər ASC-nin sədri Əhməd Əhmədzadə görülən keyfiyyətsiz işlərdən agah deyilmi?

Bir müddət öncə "İHİ” şirkətindən ölkə mətbuatına şikayət edən "Supra” şirkətinin rəhbəri Ramiz Cəbrayılov adı çəkilən şirkətdən pulunu ala bilməməsindən gileylənirdi.
Dogruxeber.com xəbər verir ki, lakin indi vəziyyət elə gətirib ki, fəhlələr Yardımlı rayonuna Su və Kanalizasiya turbalarının çəkilişini edən "Supra" şirkətinin rəhbəri Ramiz Cəbrayılovun özündən şikayyətlənirlər.
Belə ki, adı çəkilən şirkətin rəhbəri ərazidə işləmək əvəzinə qanunsuz əməllərlə məşğuldur. Sən demə Ramiz Cəbrayılov pulunu artıqlaması ilə alır, ancaq di gəl ki, işçilərə deyir ki "mənə pul verilməyib”.Onların pulunu verməyən Cəbrayılov bununla yanaşı işçiləri müqaviləsiz işlədir. Və eyni zamanda çəkdiyi su və kanalizasiya turbaları isə köhnə və yararsızdır. Turbaların üzərinə tökülən örtünün isə qalınlığı 60 sm olmalı halda 40 sm olub. Maraqlıdır, görəsən 2 il bundan öncə İHİ şirkətini və Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəni haqqlarını tapdalığı üçün ağ yuyub, qara sərən Ramiz Cəbrayılov necə olub ki, yenidən Yardımlıya təkrar həmin işin icraçısına göndərilib. Əməkdaşlarımız rayonda olduğu müddətdə rayon sakinləri bildirib ki, rayonda çəkilən su kanlizasiya xətləri 2014-cü illərdə təhvil verilsədə, yarasız vəziyyətdə olduğu üçün, istifadə etmək mümkün deyil. 2014-cü ildə Yardımlı rayon Su kanlizasiya xətlərinin çəkilməssi üçün bir miliyona yaxın vəsaitlərin ayrılmasına baxmayaraq, ortada heç bir iş gözə dəymir. Görəsən Su Melarasiya ASC-nin sədri Əhməd Əhmədzadə Yardımlı rayonuna ayrılan 1 miliyona yaxın vəsaitin taleyi ilə niyə maraqlanmayıb? Demək torbada pişik var. Ümumiyyətlə belə bir şəxsin həmin şirkətdə qalmağının məqsədi nədir? Məgər ASC-nin sədri Əhməd Əhmədzadə görülən keyfiyyətsiz işlərdən agah deyilmi?
Bütün bu suallara nöbəti sujetimizdə cavab tapmaqa çalışacağıq. Əgər tapsaq sizlərə məlumat verəcəyik.
P.S. Redaksiyamıza müraciət edən sahə rəisləri bildirirlər ki, Əhməd Əhmədzadə iş adamı Ramiz Cəbrayılova yaxın günlərdə Ağcabədi, Lənkəran və Lerik rayonlarında görüləcək işləri həvalə edib. Çox maraqlıdır barəsində bu qədər şikayət olan şəxsə Əhmədzadənin etibar etməsi nədən qaynaqlanır.
P.P.S. Artıq iş adamı barəsində aidiyyatı qurumlara fəhlələr tərəfindən şikayət ərizəsi daxil olub. Yaxın vaxtlarda iş adamının həbs olunması qaçılmazdır.
İş adamının mövqeyini dərc etməyə hazırıq.