BolgeXeber.Com » Gündəm » Aygün Kazımovanın şousu: iki ağ, bir qara

Aygün Kazımovanın şousu: iki ağ, bir qara

2-08-2012, 14:25
Oxunub: 4 835 Milli.Az xəbər verir ki, Azərbaycanın sevilən ulduzu, xalq artisti Aygün Kazımovanın avqustun 4-də Nabranda, “Atlant” istirahət mərkəzində verəcəyi “İkinci sən” adlı konsertinə sayılı günlər qaldıqca təqdim olunan şounun daha bir neçə detalı mediaya açıqlanıb.

Əməkdaşımızla söhbəti zamanı konsertin təşkilatçısı, Aygün xanımın prodüseri Tarix Əliyev (Tolik) əminliklə söylədi ki, təqdim edəcəkləri proqram, həqiqətən, öz fərqliliyi ilə seçiləcək:

“Baxmayaraq ki, konsert açıq havada keçiriləcək, səhnədə çox bahalı çılçıraqlar quraşdıracağıq. Belə bir səhnə dekoru ancaq dünya şöhrətli ulduzların konsertlərində qurulub. Azərbaycanda bunu bir ilk adlandırmaq olar. İki ağ, bir qara rəngli böyük ölçülü çılçıraqlar səhnəni daha əzəmətli edəcək”.

Ondan da xəbəriniz olsun ki, Aygün xanımın fəxri qonaq kimi dəvət etdiyi Xəyyam Nisanovla birgə oxuyacağı mahnı artıq sirr kimi saxlanılmır. “Lyubimaya” adlı duet Murad adlı bəstəkar tərəfindən yazılıb. Gecənin sürpriz qonaqları sırasına dj Çinanın adı əlavə edilib. Konsert bitdikdən dərhal sonra Çinanın səsləndirəcəyi musiqilərlə “Aygünlü gecə” diskoteka ab-havası ilə səhərə kimi davam edəcək.

Məlumat üçün bildirək ki, biletləri 25-50 manat arasında dəyişən “Atlant” şousunun baş sponsoru "Tudor" çaylarıdır, informasiya dəstəyi isə Milli.Az-a məxsusdur.