Göyçayda Arzu Rəhimovun işçilərinə qarşı ittiham -FOTO
31-08-2016, 12:16
Oxunub: 4 600
"Röyal Musayev və Nuri Əzizov əxlaqdan kənar, etik davranış qaydalarına əməl etməyən hərbiçi adına ləkə olan şəxslərdir"
Göyçay rayonu ,Nizami küçəsi ,döngə 2 ev ,11 sakini Novruzov Rasim Əlövsət oğlu Bolgexeber.com-a şikayət ərizəsi ünvanlayıb.Bolgexeber.com-a göndərilən ərizədə bildirilir:
"Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin zabit əməkdaşları Röyal Musayev və Nuri Əzizov vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənə və oğlumun avtomobilinə vurduqları zərəri ödəmək istəmirlər.Belə ki, 20 avqust 2016-cı il tarixində İsmayıllı-Göyçay magistral yolunda oğlum Kmarana məxsus VAZ-21099 markalı 10 DJ 904 nömrə nişanlı avtomobillə saatda 50 km sürətlə gedən zaman yolun tən ortasında dayanmış "Priora" markalı avtomobili ötüb keçmək istəyən zaman qəfil yolumuza çıxdı və nəticədə avtomobil qəzası baş verdi.Həmin avtomob Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşı Nuri Əzizova məxsus olsada iş yodaşı hərbi zabit Röyal Musayev idarə edirdi.Avtomobil qəzası nəticəsində xəsarət almışam. Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətininİsmayılı rayon şöbəsinin əməkdaşları Röyal Musayev və Nuri Əzizov bizə qarşı kobudluq edib hara istəyirsiniz gedin şikayət edin biz hərbiçiyik istədiyimizi edə bilərik bizim arxamızda Arzu Rəhimov dayanıb.Mən çox təssüf edirəm ki, Azərbaycan Respublikasında hərbiçi adına xələl gətirən belə yaramaz zabitlər var".
Daha sonra daxil olan müraciətdə bildirilir: "Belə hərbçi zabitlərlə dövlətimiz irəli gedə bilməz. Hərbçi zabit mədəni, nəzakətli, nizam-intizamlı və diqqətli olmalıdır.Röyal Musayev və Nuri Əzizov əxlaqdan kənar, etik davranış qaydalarına əməl etməyən hərbiçi adına ləkə olan şəxslərdir.Mən inanıram ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rəisi cənab Arzu Rzayev bu şikayəti obyektiv araşdırıb məsuliyyətsiz əməkdaşları barədə qanunu tədbirlər görəcək.Bu məsuliyyətsiz şəxslərin kobud rəftarları məni sarsıdıb.Mən mətbuat vasitəsi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rəisi cənab Arzu Rəhimova müraciət edirəm. Sizdən çox-çox xahiş edirəm nizam-intizamdan, etik davranışdan,məsuliyyətdən kənar olan Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin İsmayılı rayon şöbəsinin əməkdaşları Röyal Musayev və Nuri Əzizovun barəsində qanunu tədbirlər görüb hərbi sistemdən kənarlaşdırasınız.Mən bu məsuliyyətsiz hərbçilər barədə Sizə şikayət ərizəsi də göndərmişəm".
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər