BolgeXeber.Com » Gündəm » Kərəm Həsənova “təmir cəzası”?

Kərəm Həsənova “təmir cəzası”?

2-08-2012, 17:35
Oxunub: 3 436 Heydər Əliyev Mərkəzində təmir işləri komitə sədrinə məxsus “Azinko” şirkətinə tapşırılıb

Heydər Əliyev Mərkəzində yanğından sonra başlanan təmir işlərini əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənova məxsus “Azinko” şirkəti həyata keçirir. Bu tapşırığı komitə sədrinə ölkə başçısı Ilham Əliyev şəxsən özü verib. Məlumatı “Yeni Müsavat” qəzeti yayıb.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin tikintisi “DIA Holding”ə tapşırılmışdı. Tikinti işlərinə dövlət nəzarətini isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirirdi.
Bu baxımdan Heydər Əliyev Mərkəzində yanğın baş verəndə əsas hədəfə gələnlərdən biri də Kərəm Həsənov olmuşdu. “Azadlıq”a ötən saylarında məlumat vermişdi ki, komitə sədri bu olaya görə cəzalandıralacaq.
Azərbaycan reallığında məmurların cəzalandırılması adətən iri layihələrin onların üzərinə qoyulmasından ibarət olur. Həmin məmur tutduğu vəzifədən azad edilməməsi və həbs olunmaması üçün şəxsi vəsaiti hesabına üzərinə qoyulan layihəni həyata keçirməyə məhkum olur. Ona görə də təmir işlərinin Kərəm Həsənova tapşırılmasını əslində ona verilən cəza kimi dəyərləndirmək olar.