BolgeXeber.Com » Gündəm » Şəhid xanımı ərinin qan pulusunu almaq üçün prezidentə müraciət etdi - MÜRACİƏT

Şəhid xanımı ərinin qan pulusunu almaq üçün prezidentə müraciət etdi - MÜRACİƏT

24-09-2016, 12:14
Oxunub: 2 910 Şəhid xanımı ərinin qan pulusunu almaq üçün prezidentə müraciət etdi - MÜRACİƏTLakin dəfələrlə Dövlət Komersiya Sığorta şirkətindən mərhum həyat yoldaşımın varisi kimi mənə 11000 manat sığorta ödənişi edilməsi barədə müraciətimə baxılmamışdı

Xocalı rayonundan məcburi köçkün, müvəqqəti Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R. Abdullayev küçəsi, ev-2, mənzil 5-də yaşayan, mərhum Novruzov Əsəddin Curu oğlunun həyat yoldaşı Novruzova Şamaxı Təhməz qızı prezident İlham Əliyevə şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də Bolgexeber.com-a daxil olan ərizədə deyilir:

"Hörmətli Cənab Prezident !

Bildirmək istəyirəm ki, həyat yoldaşım 12 mart 1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.Lakin dəfələrlə Dövlət Komersiya Sığorta şirkətindən mərhum həyat yoldaşımın varisi kimi mənə 11000 manat sığorta ödənişi edilməsi barədə müraciətimə baxılmamışdır. Sonda məcbur qalıb Binəqədi rayon Məhkəməsinə müraciət etdim, 03 aprel 2014-cü il tarixdə Binəqədi rayon Məhkəməsi Qətnamə qəbul etdi ki, 11000 manat Dövlət Komersiya Sığorta şirkəti tərəfindən sığorta ödənişi verilsin və Qətnamə qanuni qüvvəsini almışdır. Ancaq Azərbaycan Respublikası adından çıxarılan qətnaməni Dövlət Komersiya Sığorta şirkəti icra etmir, dövlətimizin qanunlarının aliliyinə şübhə ilə yanaşır və şəhidin qan pulunu ailəsinə verilməsində maneçiliklər törədir.

Hörmətli Cənab Prezident !

Sizdən xahiş edirəm ki, mərhum həyat yoldaşım Novruzov Əsəddin Curu oğluna Azərbaycan Respublikası ərazisinin bütövlüyü uğrunda döyüşlərdə iştirak etməyini, şəhid olmasını, Binəqədi rayon Məhkəməsinin mənim xeyrimə Azərbaycan Respublikası adından çıxardığı Qətnaməsini nəzərə alaraq, mənə Dövlət Komersiya Sığorta şirkətindən 11000 manat sığorta ödənişin verilməsinə göstəriş verəsiniz.

Ali Baş Komandanımız demişdir: Məhkəmə orqanı Azərbaycan Respublikası adından çıxardığı qərarı heç kim müdaxilə edə bilməz, bəs nə üçün Dövlət Komersiya Sığorta şirkəti müdaxilə edir".