BolgeXeber.Com » Gündəm » Türkiyədə avtomobil qəzasında 4 azərbaycanlı xəsarət aldı

Türkiyədə avtomobil qəzasında 4 azərbaycanlı xəsarət aldı

6-08-2012, 17:20
Oxunub: 4 301 Türkiyənin Muğla vilayətində baş verən avtomobil qəzasında Azərbaycan vətəndaşı olan dörd turist xəsarət alıb.

Bolgexeber.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, yaralılardan ikisi azyaşlıdır. Olay Muğla-Aydın şosesində baş verib. Azərbaycan vətəndaşı Nazim Məmmədovun idarə etdiyi "34 TZ 8564" nömrəli avtomobil Türkiyə vətəndaşı Erdal Evranın idarə etdiyi "35 CSL 72" nömrəli avtomobillə toqquşub. Sürücü N. Məmmədovla yanaşı, onun Tahirə adlı həyat yoldaşı və 7 yaşlı oğlu Məhəmmədin xəsarət aldığı, uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.