BolgeXeber.Com » Gündəm » İslam Partiyası sədrinin keçmiş müavini marixuana ilə həbs olunub

İslam Partiyası sədrinin keçmiş müavini marixuana ilə həbs olunub

7-08-2012, 12:30
Oxunub: 5 052 Azərbaycan İslam Partiyası (AİP) sədrinin sabiq müavini Hacı Mehdi Şamilli həbs olunub.


Sabunçu Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, M. Şamilli ötən gün polis əməkdaşlarının keçiridiyi əməliyyat zamanı saxlanılıb və onun üzərində aparılan axtarış zamanı 6,69 qram marixuana aşkar edilib.

M. Şamilli barəsində Azərbaycan Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb, təhqiqat aparılır.

Qeyd edək ki, Hacı Mehdi Şamilli Azərbaycan İslam Partiyasının təsisçilərindən biri olub. Lakin 1998-ci ildən partiyadakı fəaliyyətini dayandırıb. M. Şamilli Zabrat qəsəbə sakinidir.