BolgeXeber.Com » Gündəm » Dəvələr də Suriyadan qaçdı! (VİDEO)

Dəvələr də Suriyadan qaçdı! (VİDEO)

8-08-2012, 05:30
Oxunub: 4 314 Suriyada Bəşər Əsəd tərəfdarları ilə müxaliflər arasında davam edən atışmalardan qorxan 4 dəvə Türkiyəyə pənah gətirib.


“İhlas” agentliyinin (İHA) yaydığı məlumata görə, sahibsiz dəvələr minalanmış ərazidən keçərək Önçüpınar sərhəd qapısından ölkəyə giriblər. Bir müddətdir suriyalı mültəciləri sərhəddən Türkiyəyə qəbul edən sərhəd xidmətinin hərbçiləri dəvələri görərək təəccüblənsələr də, oları da ölkəyə keçiriblər. Hərbçilər tərəfindən mühafzə edilən dəvələr daha sonra Respublika Prokurorluğunun qərarı ilə Qaziantep zooparkına göndərilib.