BolgeXeber.Com » Gündəm » Yola qəzasında 7 ölü, 15 yaralı

Yola qəzasında 7 ölü, 15 yaralı

8-08-2012, 11:10
Oxunub: 4 002 Avqustun 7-də Azərbaycanın müxtəlif yerlərində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 7 nəfər dünyasını dəyişib.

Baş Dövlət Yol Polisi İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, gün ərzində qeydə alınmış qəzalarda daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisələrdən ən ağırı Şəki rayonunda qeydə alınıb. “Mercedes” markalı minik avtomobilinin yük maşınına çırpılması nəticəsində 4 nəfər həlak olub.

Bakıda baş vermiş 4 yol nəqliyyat-hadisəsi nəticəsində isə 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Ölümlə nəticələnən hər iki qəza Xətai rayonu ərazisində qeydə alınıb.