BolgeXeber.Com » Gündəm » Ziya Məmmədovun qoçularından növbəti vəhşilik

Ziya Məmmədovun qoçularından növbəti vəhşilik

10-08-2012, 13:35
Oxunub: 5 468 Nəqliyyat Nazirliyinin müfəttişləri yaşlı taksi sürücünü ölümünə döyüb, sonra da avtobusun altına atdılar

Nəqliyyat Nazirliyinin müffətişləri daha bir vəhşiliyə imza atıblar. «Ziya Məmmədovun qoçuları» kimi ad çıxarmış həmin şəxslər «Kororğlu» metro stanasiyasının qarşısında taksi sürücülüyü edərək, evinə bir tikə çörək aparmağa çalışan vətəndaşı ölümünə döydülər.

Gecə saat 23:00 radələrində baş verən hadisənin şahidi olan TİA.AZ-ın əməkdaşı xəbər verir ki, Nəqliyyat Nazirliyinin müfəttişləri qırmızı rəngli «Mersedes» markalı maşina yaxınlaşaraq, əvvəlcə taksi sürücüsündən maşının açarlarını onlara verməsini tələb ediblər. Sürücü bununla razılaşmadıqda, onu zorla maşından çıxarmağa başlayıblar. «Sürücü onlardan uzaqlaşmaq üçün maşınına əyləşmək istədiyi halda, onu zorla, başına vuraraq sükanın arxasından çıxardılar. Sonra da yerlə sürüyərək, yolun ortasına atdılar».

Əməkdaşımız xəbər verir ki, həmin vaxt sürücü az qala yolla gələn aavtobusun altında qalacaqmış. Nəqliyyat Nazirliyinin müfəttişləri buna əhəmiyyət verməyərək, maşina oturub getmək istəyiblər. «Yaxınlıqdakı insanlar nazirliyin işçilərinə etirazlarını bildirdikdə, onlar camaata hədə-qorxu gəlməyə başlayıblar. Hətta yaxınlıqda qadın və uşaqların olmasına baxmayaraq, söyşlər söyürdülər. Bundan sonra caamatın əsəbləri qızışdıqdan sonra aradan çıxdılar».

TİA.AZ-ın əməkdaşı bildirir ki, aldığı zərbələrdən huşunu itirən taksi sürücüsü vətəndaşlar tərəfindən yolun kənarına çıxarılıb. Sonra isə hadisə yerinə ambulans çağırılıb. Həkimlərin ilkin rəyinə görə, sürücü ağır kəllə-beyin travması alıb. Ona görə də, xəstəxanaya yerləşdirilməlidir.

Qeyd edək ki, baş verən hadisə ilə bağlı əlimizdə videoçəkiliş var və yaxın saatlarda onu yayımlayacağıq.