BolgeXeber.Com » Gündəm » Suraxanı İH və Bələdiyyəsi Ramana sakinlərini “yola verir”-VİDEO

Suraxanı İH və Bələdiyyəsi Ramana sakinlərini “yola verir”-VİDEO

10-11-2016, 10:27
Oxunub: 4 454 Suraxanı İH və Bələdiyyəsi Ramana sakinlərini “yola verir”-VİDEOYeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsinin sakinləri artıq uzun illərdir məhz bu vəziyyətdə yaşayırlar

Kanalizasiya sisteminin işləməməsi, yağış yağdıqdan sonra qəsəbəki gediş-gəlişi çətinləşdirir. Sakinlərin sözlərinə görə, gecə bir az yağış yağması kifayət edir ki, səhər yollar qalın palçıq qatı ilə örtülsün. Məsələ ilə bağlı dəfələlə İcra Hakimiyyətinə və Bələdiyyəyə müraciət olunsa da, Yeni Ramana sakinlərinin səsinə səs verən olmayıb.
Biz də BTV olaraq öz üzərimizə düşən vəzifəni yerinə yetirdik və Sabunçu Rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlamağa çalışdıq.
Amma əksər hallarda olduğu kimi, bu dəfə də dəstəyi qaldıran olmadı. Lakin biz bu şikayət üzərində araşdırmaları davam etdirib, məsələnin aydınlığa çıxması yolunda əlimizdən gələni edəciyik.
Bolgexeber.com