BolgeXeber.Com » Gündəm » Ehtiyatda olan hərbçidən Səlim Müslümova - ŞİKAYƏT(FOTOLAR)

Ehtiyatda olan hərbçidən Səlim Müslümova - ŞİKAYƏT(FOTOLAR)

3-02-2017, 13:21
Oxunub: 9 459 Ehtiyatda olan hərbçidən Səlim Müslümova - ŞİKAYƏT(FOTOLAR)"Müraciət etdiyim tarixdən etibarən mən xəstə insan qalmışam Nazirliklə Mərkəzi VTEK arasında"

Bakı şəhər Sabunçu qəsəbəsi, Q. Vəzirov küçəsi, ev 18/2-də yaşayan ehtiyyatda olan gizir Süleymanov Canpolad Sabir oğlu tərəfindən Bolgexeber.com-a daxil olmuş şikayət məktubunu oxuculara təqdim edirik:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri.
Cənab Səlim Müslümova.

SÜRƏTİ:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Natiq Məmmədova

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi. İlqar Qurbanova

Bakı şəhər Sabunçu qəsəbəsi, Q. Vəzirov küçəsi, ev 18/2-də yaşayan ehtiyyatda olan gizir Süleymanov Canpolad Sabir oğlu tərəfindən

Şikayət Ərizəsi

Hörmətli cənab Nazir!
16.11.2016-cı il tarixdən etibarən müraciətimə baxılmır. Məlumat üçün Sizə bildirmək istəyirəm ki, 2004-cü ilin avqust ayından 2007-ci ilin avqust ayınadək N saylı hərbi hissədə xidmət etmişəm. 2007-ci ilin avqust ayından hal-hazıradək ehtiyyatdayam.

Xidmət müddətində bir çox orden və medallarla təltif olunmuşam.

Qeyd etmək istəyirəm ki, xidmətimi düşmənlə təmas şəraitində olan Qazax rayon ərazilərində keçirmişəm.
Hərbi Xidməti Vəzifələrimi yerinə yetirərkən travma almışam və təxris olunmuşam.

"Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 2.2.9-cu və 2.4.4-ci bəndlərinə əsasən mənə ikinci qrup əlillik Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən müddətsiz təyin edilməli idi.

Lakin mənə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən qanunsuz olaraq mənə bildirildi ki, guya əlillik əlaməti təyin edilmir və mən bu barədə yenidən qeydiyyatda olduğum polikilinkadan F-88 Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilməsi barədə müraciət etdim. 24.01.2017-ci il tarixdə yenidən F-88 göndərildi.

Qeyd etmək istəyirəm ki, ərizəyə əlavə etdiyim sənədləri diqqətlə nəzərdən keçirsəniz görəcəksiniz ki, mən 08.03.2016-cı il tarixdə 3 Saylı Şəhər Kliniki xəstəxanasında və 02.11.2016-cı il tarixdə Kliniki Tibb Mərkəzində müayinə və müalicə vaxtı hərbi xidməti vəzifələrimi yerinə yetirərkən travma almağımın səbəbindən nevroloji problemlərlə bağlı hətta özümə qəsd halları olmuşdur. Səhhətimdə olan problemlərlə bağlı xəstəlik sənətlərimdə tam əksini tapmışdır.

Hesab edirəm ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən mənə qanunsuz olaraq əlilik təyin edilməmişdir.

Müraciət etdiyim tarixdən etibarən mən xəstə insan qalmışam Nazirliklə Mərkəzi VTEK arasında. Mənim müraciətimə baxan yoxdur, mən sağlamlığımı vətənim Azərbaycan Respublikasına xidmət zamanı itirmişəm, bu gündə hər bir Azərbaycan Respublikasının məmuru mənə qarşı etinadsızlıq etməməlidir, lakin hər bir məmur mən xəstə olmağıma baxmayaraq , qanun çərçivəsində tədbir görmür və mənim xəstəliyimi biganə qiymətləndirərək başından edirlər. Bu kimi ədalətsizliyi görüb, məcbur qalmışam ki, məhkəməyə müraciət edim.

Çox xahiş edirəm! Hər bir dövlət və mətbuat orqanlarının rəhbərləri məktubumu diqqətlə oxuyub mən xəstə insana köməkliyinizi əsirgəməyin.

Hörmətli cənab Nazir!

Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, sənədlərimə düzgün baxılması və qərar verilməsi üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərəsiniz və "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 2.2.9-cu və 2.4.4-ci bəndlərinə əsasən mənə ikinci qrup əlillik Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən müddətsiz təyin edilməsinə köməkdarlıq edəsiniz. Bu barədə mənə yazılı və şifahi məlumat verəsiniz.

Əks halda bu barədə məhkəməyə müraciət edəcəm.
Ehtiyatda olan hərbçidən Səlim Müslümova - ŞİKAYƏT(FOTOLAR)
Ehtiyatda olan hərbçidən Səlim Müslümova - ŞİKAYƏT(FOTOLAR)
Ehtiyatda olan hərbçidən Səlim Müslümova - ŞİKAYƏT(FOTOLAR)
Ehtiyatda olan hərbçidən Səlim Müslümova - ŞİKAYƏT(FOTOLAR)
Ehtiyatda olan hərbçidən Səlim Müslümova - ŞİKAYƏT(FOTOLAR)
Ehtiyatda olan hərbçidən Səlim Müslümova - ŞİKAYƏT(FOTOLAR)
Ehtiyatda olan hərbçidən Səlim Müslümova - ŞİKAYƏT(FOTOLAR)
Ehtiyatda olan hərbçidən Səlim Müslümova - ŞİKAYƏT(FOTOLAR)