Fətullah Gülənin adamları Göyçayda gizlənirlər ?- İLGİNC İDDİA...
27-03-2017, 10:02
Oxunub: 4 209
"Türkiyədən qaçaq düşmüş şəxsləri işlədilmə və sairə kimi qanunsuzluqlar, cinayətlər baş alıb gedir"
Redaksiyamıza bir qrup Göyçay rayon sakinləri tərəfindən şikayət məktubu ünvanlanıb.Bolgexeber.com olaraq həmin məktubu olduğu kimi təqdim edirik:
Göyçay rayon sakinləri tərəfindən
ŞİKAYƏT MƏKTUBU
Biz Göyçay rayonunun Cəyirli kəndi ərazisində yerləşən "Kerpicsan " Göyçay Kərpic Zavodunda işləyirdik. Burada 100 nəfərdən çox adam işləsədə vergidən yayınmaq üçün 10-15 nəfərlə əmək müqaviləsi bağlayıblar. Bunun nəticəsində də bizim əmək hüquqlarımız kobud şəkildə pozulub. Biz bu qanunsuzluğa son qoyulmasını tələb etdikdə qanunsuz olaraq işdən çıxarıldıq.
Türkiyədən qaçaq düşən çoxlu sayda Fətullah Gülənin adamları hazırda bu kərpic zavodunda işləyib burada gizlənirlər. Biz isə Azərbaycan vətəndaşı olsaqda qanunu haqqımızı tələb etdiyimiz üçün işdən qanunsuz olaraq kənarlaşdırıldıq. Uzun illər işlədiyimiz əmək stajımızı batırdılar.Bu kərpic zavodu Türkiyə vətəndaşı türk iş adamı olan Nuri Alim və oğlu Fateh Alimə məxsusdur. Həmin şəxslər hazırda Türkiyədə həbsdə olsalarda kiçik oğlu Xəlil burada Azərbaycanda gizlənərək bu zavodu işlədir. Bu ata oğul türk iş adamları Nuri Alim və oğlu Fateh Alim Fətulla Gülənin yaxın adamlarıdır. Onlar Fətulla Gülənin bank hesabına Azərbaycandan pullar köçürürlər. Bunun üçün də Ərdoğan hakimiyyəti onları həbs etdirib. Bu zavodda istehsal olunan kərpiclərdən Bakı şəhərində göydələnlərin tikintisində istifadə edilir. İldə milyonlarla manat əldə olunan gəlirdən hazırdada Fətulla Gülənin hesabına pul köçürülür. Bu zavodda küllü miqdarda vergidən yayınma, əmək müqaviləsi bağlanılmadan işlədilmə, işçləri istirahət və bayram günləri də gündəlik 8 saatdan çox işlətmə, havanı çirkləndirməklə ekologiyaya ziyan vurma, Türkiyədən qaçaq düşmüş şəxsləri işlədilmə və sairə kimi qanunsuzluqlar, cinayətlər baş alıb gedir.
Bu zavodun sahibləri Türk iş adamı olan Nuri Alim və oğlu Fateh Alimin həbs edilməsi xəbərini Türkiyənin Hürriyyet qəzetində oxuduq. İndi Fateh Alimin kiçik oğlu Xəlil burada fabrikdə tez-tez gülənçilərlə gizli yığıncaq keçirib təlimatlar verir. Ona burada yaxından kömək olan Azərbaycan vətəndaşı Qəbələ rayon sakni gülənçi Ramin Ağayev bu zavodun baş mühasibidir. Ramin Ağayev həmin pulları rahatlıqla Fətulla Gülənin bank hesabına köçürür.Biz xahiş edirik bu gülənçinin fəaliyyəti təcili yoxlanılsın bizim iş stajımız bərpa edilsin törətdikləri cinayətlərə görə onların barəsində tədbir görülsün.
Dadaşov Gülağa Baba oğlu
Qasımov Vəli Cəmil oğlu
Sadıqov Zaman Qalib oğlu
Məmmədova Dursun Qulam qızı
Əliyev Tənzilə Mövsüm qızı
Cavadova Məhəbbət Nazim qızı
Novruzov Rəfail Nüsrət oğlu
Babayeva Solmaz Ziya qızı
Bolgexeber.com olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Mövzu ilə bağlı yazı burada
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər