21-ci əsr: Bura Siyəzəndir... - FOTOLAR
30-08-2017, 14:43
Oxunub: 3 208
Bu şəkillər Musavat.com-un əməkdaşı tərəfindən Siyəzən rayonunun Eynibulaq kəndində çəkilib
Bu kənd Qalaltı yolunun üstündədir. Kəndin içinə, şəkildə görünən bulağa qədər asfalt yol uzanır. Yəni kəndin yol problemi yoxdur. Amma Eynibulağın ciddi su problemi var.
Şəkillərdən də göründüyü kimi, kənd sakinləri 10, 20, 40 litrlik kanistləri cərgə ilə düzərək su növbəsinə durub.
Keçmiş vaxtlardan fərqli olaraq çeşmə və kəhriz başına gələnlər əsasən gənc oğlanlardır. Birincisi, bu kanistrlərə qız-qadın gücü çatan deyil. İkincisi, kənd cavanlarının çoxu işsizdir, gün ərzində gördükləri faydalı iş evlərinə su daşımaqdan ibarətdir.
Kənd sakinləri deyirlər ki, bu bulaq uzun illər öncə çəkilib və camaatın içməli suyla təminatı buradandır.
Ancaq su krantdan o qədər də iti şırnaqla axmır ki, kanistrləri tez doldursun. O üzdən su götürmək istəyənlər kanistrləri cərgə ilə düzərək, hövsələ ilə öz növbələrini gözləməkdədir.
Bəzi sakinlər şanslıdır, dolu kanistləri evlərinə köhnə sovet maşınları ilə daşıyırlar, bəziləri isə iki təkərli arabadan istifadə edir. Yerdə qalanlar kanistrləri evlərinə qol gücünə daşımağa məcburdur.
Qoy kimsə bu yazını və şəkilləri Siyəzən rayonunun rəhbərliyinin nəzərinə çatdırsın. 21-ci əsrin bu vədəsində insanları su təminatı bu cür olmalı deyil.Məsələyə münasibət öyrənmək üçün Bolgexeber.com olaraq Siyəzən RİH ilə əlaqə saxladıq. Ancaq dəstəyi qaldıran olmadı.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər