Qarabağ döyüşçüsü ölüm aclığına başlayır- ETİRAZ
2-10-2017, 15:12
Oxunub: 3 221
Qarabağ döyüşçüsü Cəmşid Rzaquliyev ölüm aclığına başlayacaq
Bu barədə o, özünün facebook səhifəsində yazıb.
Müharibə iştirakçısı uzun müddətdir müxtəlif problemlərdən əziyyət çəkir. Ən ciddi problem isə onun səhhəti ilə bağlıdır. Qarabağda döyüşlərdə yaralanan C.Rzaquliyev normal müalicə ala bilmir. Aldığı yaralardan əziyyət çəkən döyüşçü əlillik dərəcəsi də ala bilməyib.
Qarabağ qazilər birliyinin mətbuat xidmətinin rəhbəri, QAZİLER.AZ saytının baş redaktoru Rey Kərimoğlu C.Rzaquliyevin problemlərindən xəbərləri olduğunu deyib: “Cəmşidin problemlərindən xəbərimiz var. Mən və birliyimizin sədr müavini Firudin Məmmədov onunla görüşüb. Ona kömək etməyə cəhd eləmişik, amma təəssüflər olsun ki, alınmayıb. Jurnalist həmkarımın vasitəsi ilə onun sağlamlıq problemini Səhiyyə Nazirliyinin rəhbərliyinə də çatdırmışıq. Bunun da nəticəsi olmadı! Onun digər qardaşı da Qarabağ müharibəsində iştirak edib və Qarabağ əlilidir. Özləri də Zəngilan rayonundan məcburi köçkündülər. Ümumiyyətlə, ölkəmizdə Qarabağ əlillərinə, şəhid ailələrinə, veteranlarına münasibət ürək açan deyil. Lazım olan bütün qanunlar var, amma icra edilmir. Döyüşçülər taleyin ümidinə buraxılıb".
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər