BolgeXeber.Com » Gündəm » Yeni nazir hansı kadr dəyişikliyi edib? - AÇIQLAMA

Yeni nazir hansı kadr dəyişikliyi edib? - AÇIQLAMA

8-12-2017, 14:22
Oxunub: 3 092 Yeni nazir hansı kadr dəyişikliyi edib? - AÇIQLAMAVergilər Nazirliyinə yeni nazir təyin edildikdən sonra hər hansı dəyişiklik olmayıb. Hətta Fazil Məmmədovun 14 müşaviri də iş başındadır

Bolgexeber.com xəbər verir ki, bu barədə axar.az-a Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Mirsəlimov məlumat verib. Onun sözlərinə görə, keçmiş nazir Fazil Məmmədovdan sonra nazirlikdə hər hansı kadr dəyişikliyi aparılmayıb: "Hər hansı dəyişiklik olsa, bu barədə mətbuata məlumat veriləcək”.

Qeyd edək ki, 5 dekabr tarixində prezidentin imzaladığı sərəncamla Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad olunub. Digər sərəncamla Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilib.